"Kontakt home" Bakıda dirəkləri sökərək səkini zəbt etdi - FOTO
"Kontakt home" mağazasının Bakının Nizami rayonunda, Qara Qarayev prospektində səkini zəbt etdiyi bildirilir.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
""Kontakt Home" təhlükəsizlik dirəklərini sökərək səkini zəbt edib", - yayılan məlumatda qeyd olunub.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
