Sosial şəbəkədə biz:

Ölkə ərazisində leysan və qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

21 March 2024, 00:37
Gündəm

Martın 21-i gündüzdən 22-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.