Sosial şəbəkədə biz:

Paytaxtda məktəbin qarşısındakı ciddi təhlükə - VİDEO

Bakıda məktəblərin birinin qarşısında ciddi təhlükə var. Yəni məktəbin qarşısından keçən yolda zolaqlar silinib, tramplinlər yararsız vəziyyətə düşüb.

Nəticədə avtomobillər üçün maneə aradan qalxıb və sürücülər avtomobili sürətlə idarə edirlər.

Söhbət Bakının Sabunçu rayonu, Muxtarov qəsəbəsi, şəhid Əmrulla Əliyevin adına olan küçədən gedir. Bu küçədə yerləşən 78 saylı tam orta məktəbin şagirdləri üçün hər an təhlükə var.

Əvvəllər burada süni maneəyə görə, sürücülər sürəti aşağı salırdılar. İndi isə nadir hallarda buna əməl edilir.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, əraziyə baxış keçiriləcək və lazımi tədbirlər görüləcək.

https://www.youtube.com/embed/VenXJpS8mlk


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol