Sosial şəbəkədə biz:

“Qarabağ” yeni rekorda imza atdı

30 March 2024, 11:28
Gündəm

“Qarabağ”Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Azinforum.az 
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Ağdam klubu ən erkən çempionluğu qazanıb.
Qurban Qurbanovun yetirmələri 2023/24 mövsümünün çempionu adını XXVIII turda təmin edib. “Qarabağ” sona 8 tur qalmış qızıl medala sahib çıxıb.
Əvvəlki rekord da ağdamlılara məxsus idi. 2015/16 və 2017/18 mövsümlərində sona 4 tur qalmış çempionluğu təmin edən klub bu rekordu ikiqat üstələyib.