Sosial şəbəkədə biz:

İsa Qəmbərin yenidən başqanlığa namizəd olması təklif edildi

Müsavat Partiyası qurultayla bağlı hazırlıqlarını başa çatdırıb.

Qaynarinfo xəbər verir ki, partiya nəzərdə tutulan qurultayını may ayının 4-nə təyin edib.

Bununla bağlı Musavat Məclisi martın 30-da qərargahda iclas keçirib. İclasda çıxış edən Məclis sədri Nüşabə Sadıqlı Musavat Partiyasının sabiq rəhbəri İsa Qəmbərin yenidən başqanlığa namizəd olması təklifi ilə çıxış edib.

Çıxış edən divan üzvləri Məclis sədrinin təklifini dəstəklədiyini vurğulayıblar. Bundan əlavə, qurultayla bağlı partiyanın rayon təşkilatlarında keçirilən ümumi yığıncaqlarında da İsa Qəmbərin yenidən namizədliyini irəli sürməsi ilə bağlı çoxsaylı üzvlərdən müraciətlər daxil olduğu diqqətə çatdırılıb.

İsa Qəmbər isə bu etimada görə partiya üzvlərinə təşəkkür edib və təklifləri nəzərdən keçirəcəyini, düşünəcəyini və yaxın günlərdə qərarını açıqlayacağını bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol