Sosial şəbəkədə biz:

Taksi sürücüləri etiraz edir: ”Taksidən yox, neft pullarından danışsınlar”

02 April 2024, 16:58
Gündəm

Taksi sürücüləri Nazirlər Kabinetinin yeni tələbindən qəzəblidirlər.

İyulun 1-dən qüvvəyə minəcək dəyişikliyə görə, istehsal tarixi 15 ili aşan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Bu tarixdən etibarən taksi fəaliyyətinə cəlb olunacaq avtomobillərin istehsal tarixi 8 ildən çox olmamalıdır.

Həmçinin taksilər üçün ağ və ya qırmızı standart rənglər təyin olunub. Taksi salonları video kamera ilə təchiz olunub, nağdsız ödəniş üçün POS-terminal quraşdırılmalıdır.

https://www.youtube.com/watch?v=53BxxGhEsvA