Sosial şəbəkədə biz:

Blinken Əliyevi həbs edilənləri azad etməyə çağırıb

04 April 2024, 08:38
Gündəm

ABŞ-nin Azərbaycandakı səfirliyi ABŞ Dövlət katibi Entoni Blinkenlə Azərbaycanın Prezidenti İlham Əliyev arasında telefon danışığı barədə məlumat yayıb.

Bildirilib ki, dövlət katibi Blinken Prezident Əliyevlə Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi istiqamətində əldə olunan nailiyyəti müzakirə edib.

Dövlət katibi həmçinin Azərbaycanı üzərinə götürdüyü insan hüquqları və əsas azadlıqlara dair beynəlxalq öhdəliklərə əməl etməyə və haqsız yerə həbs edilən şəxsləri azad etməyə çağırıb.