Sosial şəbəkədə biz:

Səkkiz ailənin həyatı təhlükədə: Yaşayış binası qəzalı vəziyyətdədir - VİDEO

07 April 2024, 11:07
Gündəm

Binanın divarları uçub tökülür, pilləkənlər isə təhlükəli vəziyyətdədir. Cəlil Məmmədquluzadə küçəsində yerləşən  ikimərtəbəli yaşayış binası qəzalı vəziyyətdədir.

80 ilə yaxındır ki, taxtadan tikilib istismarda olan yaşayış binasının divarlarında çatlar əmələ gəlib. Sakinlərin sözlərinə görə, tamamilə qəzalı vəziyyətdə olan bu bina hər an uçmaq təhlükəsi ilə üz-üzədir.

Binada yaşayan səkkiz ailə aidiyyəti üzrə müraciətlər ediblər. Hər dəfə onlara yalnız söz verilib.

https://www.youtube.com/embed/MSsVYor0dfc