Sosial şəbəkədə biz:

Yenidən yayıma hazırlaşan “Toylar kralı” yarışmasının münsifləri onlar olacaq

07 April 2024, 11:09
Gündəm

Yenidən yayıma hazırlaşan "Toylar kralı” yarışmasının münsifləri bəlli olub.

Bununla bağlı layihənin aparıcısı Tarix Əliyev (Tolik) "Instagram”ın hekayə bölməsində məlumat verib.

MTV-də ekrana gəlməyə hazırlaşan proqramın seçim turunda olduqlarını bildirən Tolik jürini paylaşıb. 

Belə ki, müsabiqənin münsifləri Əməkdar artistlər Gülüstan Əliyeva, Cavanşir Məmmədov, müğənnilər Manaf Ağayev və Sahib İbrahimovdur.