Toyuq ətinə tələbat artıb: Çıxış yolu nədir? - ŞƏRH
Azərbaycanda toyuq ətinə tələbat durmadan yüksəlir.
Həm ölkə əhalisinin sayı, həm ölkəmizə gələn xarici turistlərin sayı artır ki, bu da tələbatın yüksəlməsini şərtləndirir.
Quşçuluq təsərrüfatları artan tələbatı təmin etmək üçün istehsal sahələrini genişləndirməyə, müasir texnologiyaları tətbiq etməyə çalışırlar.
Bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) məlumat yayıb.
Bildirilib ki, bu gün ölkəmizi yumurta və quş əti ilə təmin edən müəssisələr sovet dövründə tikilib.
Maraqlıdır, quşçuluq sektorunda problemlərin əsas səbəbi nədir?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya bildiirb ki, quşçuluq sektorunda inhisardadır:
“Quşçuluq sektorundan gələn gəlirlər yalnız bir neçə firmanın nəzarətindədir. Bu səbəbdən də problemlər ümümidir və bir nöqtəyə qədər gedib dayanır. Hazırda Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatında bildirilir ki, müəssisələrin bir çoxu sovet dönəmində tikilib. Sovetlər 40 ildən artıqdır dağılıb. Ancaq Siyəzəndə sovetlərdən qalma müəssələr indidə fəaliyyət göstərir. Yeni müəssisələ inşa edilməlidir, artıq sovet izini yeniləməyin vaxtı gəlib çatıb”.
Ekspert qeyd edib ki, quşçuluq sektoru kənd təsərrüfatının ən vacib sahələrindən biridir:
“Nəzərə almaq lazımdır ki, Azərbaycan quşçuluq sektoruna tələbat çoxdur. Ən çox istifadə olunan qida məhsullarından biri də məhz quş ətidir. O yüzdən toyuq ətinə tələbatı qarşılamaq üçün sahibkar çalışmalıdır. Eyni zamanda, quş ətinin keyfiyyətinə də çox ciddi nəzarət olunmalıdır”.