Sosial şəbəkədə biz:

Hava yenidən soyuyacaq: Qar yağacaq - XƏBƏRDARLIQ

09 April 2024, 16:48
Gündəm

Bakıda və Abşeron yarımadasında aprelin 11-dən 12-si səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. 

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycanın rayonlarında aprelin 10-dan 11-i günün ikinci yarısınadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 

Qərb küləyi 11-də arabir 15-20 m/s-dək güclənəcək. 

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.