Sosial şəbəkədə biz:

Gəncə MDB-nin idman paytaxtı olacaq

13 April 2024, 00:38
Gündəm

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı olacaq.
Bu barədə BELTA agentliyi məlumat yayıb.
Məlumata görə, bu qərar aprelin 12-də MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasında qəbul edilib.
2026-cı ildə isə MDB-nin idman paytaxtı Qazaxıstanın Almatı şəhəri olacaq.