Sosial şəbəkədə biz:

NÖFƏL MƏHƏRRƏMOV XAÇMAZA, ƏDALƏT ABBASOV İSƏ, NİZAMİ RAYONUNA POLİS RƏİSİ TƏYİN EDİLDİ -  ÖZƏL

21 June 2016, 20:09
Gündəm
Azinforum.az-ın əldə etdiyi məlumata görə, bu günlərdə barəsində vəzifədən azad edilərək sərəncama götürülməsilə bağlı xəbər yayılan  Nizami Rayon Polis İdarəsinin rəisi, polkovnik Nofəl Məhərrəmov  daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə  Xaçmaz rayonuna polis rəisi təyin edilib.  Xaçmaz rayonun polis rəisi Ədalət Abbasov isə,  bundan sonra Nöfəl Məhərrəmovun köhnə vəzifəsini icra edəcək. Azinforum.az xəbər verir ki, rotasiya qaydasında həyata keçirilən bu təyinatlarla bağlı rəsmi məlumatın sabah yayılacağı gözlənilir. AZİNFORUM.AZ