Sosial şəbəkədə biz:

Əli Həsənov son həbslərdən danışdı

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər bəzi iş adamlarının həbs olunmasına münasibət bildirib. Report.az-ın məlumatına görə, Ə.Həsənov jurnalistlərə açıqlamasında deyib ki, bu məsələ ilə bağlı araşdırmalar aparılır: “Onların həbsi ilə bağlı Daxil İşlər Nazirliyi məlumat yayıb. Konkret maddələr üzrə bəzi iş adamları təqsirli bilinirlər. Yəni, bu əməllər üzrə ittiham olunurlar. Araşdırmalar, məhkəmələr bu adamların fəaliyyətinin Azərbaycanın qanunvericiliyinə uyğun olub-olmamasını üzə çıxaracaq. Azərbaycan prezidenti bəyan edib ki, iş adamlarını dəstəkləyirlər. İş adamlarından bircə tələb var ki, Azərbaycanın qanunlarına əməl etsinlər”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol