Sosial şəbəkədə biz:

Qoşqar Təhməzli 37 min manatlıq A4, A3 kağızları və skoç alır

16 April 2024, 17:20
Gündəm

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin "Dəftərxana ləvazimatlarının satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub. 

32gun.az xəbər verir ki, müsabiqənin qalibi "NUR-E.A." Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 

Tərəflər arasında 36.628,38AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Tenderə əsasən AQTA A4, A3 kağızları, skoç, fayl və tikən və.s ilə təmin edilməlidir. 

Məlumat üçün bildirək ki, “NUR-E.A.” MMC 9 yanvar 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min manat olan MMC Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli küçəsi, ev 25, m. 221 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Abbasov Etibar Bahadur oğludur. 
Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlidir.