Sosial şəbəkədə biz:

Rusiya sülhməramlıları Azərbaycandan çıxırlar

17 April 2024, 08:11
Gündəm

Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.

Sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxması ilə kontingentin Azərbaycan ərazisini tərk etmə prosesi başlayıb.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış Üçtərəfli Bəyanatdan sonra Qarabağa müvəqqəti yerləşdirilmişdi.