Sosial şəbəkədə biz:

Bakıda Fətullah Gülən şəbəkəsi haqda kitab nəşr olundu

Azinforum.az-ın məlumatına görə, “Yeni çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin “Terrorun gülən üzü” adlı kitabı nəşr olunub. Kitab Azərbaycanda getdikcə güclənən dini terrorizm dalğası və missioner fəaliyyətlərindən bəhs edir. Kitabda xüsusilə Fətullah Gülən şəbəkəsi ilə bağlı bu vaxta qədər Azərbaycanda yazılmayan həqiqətlərə işıq salınır. “Terrorun gülən üzü” yazarın 2007-ci ildən günümüzə qədər dini sahədə apardığı araşdırmaların toplusudur. Kitabda regionu və ölkəmizi təhdid edən dini təhlükə ilə bağlı maraqlı məlumatlar yer alır. Dini missionerlərin ölkəmizə hansı yollarla gəldiyinə, hansı resurslara sahib olduqlarına dair müfəssəl məlumat verilir. Azərbaycanda bu sahədə yazılan ilk geniş kitab olan “Terrorun gülən üzü” İstanbulda nəşr edilib. Kitabın başqa dillərə tərcüməsi də nəzərdə tutulur. Yaxın günlərdə imza günü keçiriləcək və kitab oxuculara təqdim ediləcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol