Sosial şəbəkədə biz:

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

19 April 2024, 19:43
Gündəm

"Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini zəruri edir".

Bunu Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bununla bağlı qərar parlamentdə qəbul olunacaqdır:

"Ancaq noyabrın 3-nə qədər olan dövr ərzində bu nə vaxt, hansı tarixdə baş tutacaq, bununla bağlı heç şübhəsiz ki, qərar parlamentdə qəbul olunacaqdır".