Sosial şəbəkədə biz:

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir.

Sözügedən bağdakı oturacaqların vəziyyəti sakinləri də narahat edir.

Məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Nizami Mayılov bildirib ki, sözügedən ərazi nəzarətdədir və yaxın günlərdə oturacaqlar təmir olunacaq.

Qurumdan o da bildirilib ki, oturacaqlar təmir olunub yeniləri ilə əvəzləndikdən sonra əraziyə nəzarət ediləcək. Oturacaqlara maddi ziyan vuranların da aidiyyəti orqanlarla birlikdə müəyyən edilməsi planlaşdırılır.

https://www.youtube.com/embed/MOk1gFKCLTc


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol