Sosial şəbəkədə biz:

Blinken Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı

20 April 2024, 08:36
Gündəm

Biz Azərbaycan və Ermənistanın iki ölkə arasında sərhədin delimitasiyası üçün baza sənədi kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə elanı alqışlayırıq.

Bu barədə ABŞ dövlə katibi Entoni Blinken "X" hesabında bildirib.

"Bu, dayanıqlı sülh sazişinin bağlanması yolunda mühüm addımdır", - deyə o qeyd edib.