Sosial şəbəkədə biz:

Əhaliyə ən çox hansı banklar kredit verib? – SİYAHI

Bu ilin ilk rübünün yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 23 bank arasında ən çox istehlak krediti verən bank “Kapital Bank” ASC olub.
Belə ki, 1 aprel 2024-cü il tarixinə “Kapital Bank” tərəfindən verilən istehlak kreditlərinin həcmi 2 milyard 421,6 milyon manat olub.
“Kapital Bank” tərəfindən verilən istehlak kreditlərinin həcmi bu ilin ilk rübü ərzində 2,9% artıb.
İkinci sırada 1 milyard 489,8 milyon manat ilə “Beynəlxalq Bank” ASC (ABB) yer alıb. Dövlət bankı olan ABB-nin istehlak kreditləri son 3 ayda 8,7% artıb.
Ən az istehlak krediti ayıran bank “Naxçıvanbank” olub. Bu bankın istehlak kreditlərinin həcmi cəmi 0,8 milyon manat olub.
Son 3 ayda istehlak kreditlərinin həcmini ən çox artıran bank isə “Ziraat Bank Azərbaycan” olub. Bu bankın istehlak kreditləri bu ilin ilk 3 ayında 2 dəfədən çox artraq 5,5 milyon manata yüksəlib.
İstehlak kreditləri ən çox azalan bank isə “Naxçıvanbank” olub. “Naxçıvanbank”ın istehlak kreditləri bu ilin ilk rübündə 86,9% azalıb və 6 milyon manatdan 0,8 milyon manata düşüb.
Aşağıdakı cədvəldə bankların istehlak kreditlərinin həcmi və artım dinamikası göstərilib:


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol