Sosial şəbəkədə biz:

Şirkətlər tikinti materiallarını sığortalamaqda niyə maraqlı deyillər? - VİDEO

Paytaxtın Nərimanov rayonunda taxta bazarında baş vermiş yanğın nəticəsində bir neçə sahibkara ciddi ziyan dəyib.

Onlardan birinin dedikləri isə sığorta şirkətlərinin satışa çıxarılan tikinti materiallarını sığortalamaqdan imtina etməsi məsələsini yenidən aktuallaşdırdı.

Sığorta eksperti İlkin İbrahimov bildirib ki, bazarlarda satışa çıxarılan tikinti materiallarının sığortası əslində mümkündür.

Ekspertin sözlərinə görə, imtina halları müəyyən tələblərlə bağlı ola bilər.

İlkin İbrahimov vurğulayıb ki, yanğın hadisələri zamanı kompensasiya almaq istəyən sahibkarlar bu sahədəki riskləri gözə alaraq, xüsusilə sənədləşmə işlərinə məsuliyyətli yanaşmalıdırlar.

O, əlavə edib ki, havaların isinməsi yanğın hadisələrinin artmasına səbəb ola bilər. Buna görə də, sahibkarlar təhlükəsizliklə bağlı tədbirləri gücləndirməlidirlər.

Ətraflı süjetdə:

https://www.youtube.com/embed/QgJXOEshONw


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol