Sosial şəbəkədə biz:

Hacı Şahinin “YouTube” kanalı geri qaytarıldı

22 April 2024, 17:46
Gündəm

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin hakerlər tərəfindən ələ keçirilən rəsmi YouTube hesabı geri qaytarılıb.

Bu barədə ilahiyyatçının rəsmi Feysbuk səhifəsində məlumat yayılıb.

"Əziz dostlar, Hacı Şahin Həsənlinin rəsmi Yutub kanalı geri qaytarıldı və artıq yenidən xidmətinizdədir. Bu günlərdə bizə yardım edən və dəstək olan hər kəsə təşəkkür edirik".