Sosial şəbəkədə biz:

Bakıda ilk 50 mərtəbəli göydələnin tikintisinə icazə verildi

Azinforum.az "Turan"a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti “Azinko Holding” MMC-yə və “Azvil Tikinti” MMC-yə Bakıda yeni biznes mərkəzi tikməyə icazə verib. Layihənin icrası üçün paytaxtın Heydər Əliyev prospekti, 109 ünvanında 1 hektar sahə ayrılıb. Bina 50 mərtəbədən ibarət olacaq. Bununla da, biznes mərkəzi hündürlüyünə görə Bakının hazırda ən yüksək binası olan “Flame Towers” (“Alov qüllələri”) kompleksini geridə qoyacaq. 39 mərtəbəli bu kompleksi 2007-2012-ci illərdə Azərbaycan-Türkiyə birgə müəssisəsi - “DİA Holding” şirkəti keçmiş “Moskva” mehmanxanasının yerində inşa edib. Obyekt “Azinko Holding” MMC-nin sifarişi ilə tikilib


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol