Sosial şəbəkədə biz:

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

24 April 2024, 08:52
Gündəm

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəbrail Fərzəliyev 10 il azadlıqdan məhrum edilib.
 

Qeyd: İş üzrə "Paşabank" ASC və Azərbaycan Respublikasının Gənclər Fondu zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev "Azərbaycan Respublikasının Gənclər Fond"na 385 min manat, "Paşabank" ASC-yə qarşı isə 342 min manat mənimsəmədə ittiham olunur.
 

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
 

Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O, həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.