Sosial şəbəkədə biz:

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda sabitlik üçün səyləri davam etdirməyə çağırır”.
Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nəsir Kənani bildirib. 
“Azərbaycan və Ermənistanın sərhəd məsələlərini bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət çərçivəsində sülh yolu ilə həll etmək üçün davamlı səyləri Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün böyük əhəmiyyət kəsb edir”, - deyə XİN mətbuat katibi əlavə edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol