Sosial şəbəkədə biz:

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda ittiham olunublar.

Oxu.az xəbər verir ki, Komi məhkəməsi onları qiyabi həbs edib.

Həmçinin Sıktıvkar Şəhər Məhkəməsi şahmatçısı və keçmiş deputatı “terrorçuluq fəaliyyətini maliyyələşdirməkdə və terrorizmə ictimai çağırışlarda” ittiham edib.

Bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Komi Respublikası üzrə İdarəsinin materialları əsasında cinayət işi başlanıb.

İttihamın təfərrüatı açıqlanmır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol