Sosial şəbəkədə biz:

İranda zəlzələ, Naxçıvan silkələndi

22 June 2016, 20:30
Gündəm
Naxçıvanda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:47-də Naxçıvandan 76 km cənub-qərbdə İran ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4,6, dərinliyi 5 km olub. Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub. Bu ay ərzində ölkə ərazisində 9 zəlzələ qeydə alınıb. Onların əksəriyyəti Xəzər dənizində və hacıqabul rayonu ərazisində baş verib. Ay ərzində ən güclü zələzlənin maqnitudası 3,8 olub.