Sosial şəbəkədə biz:

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Real Təhlil İnformasiya Mərkəzi” MMC (VÖEN – 1503952561) olub.
“Aqroservis” ASC məlumat və reportajların televiziya yayımı xidmətlərinə görə “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə 11 ay üçün (01.03.2025-ci il tarixinə kimi) 31 min 647 manat 60 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, ölkənin aparıcı televiziya kanallarından biri olan REAL TV tenderin qalibi olan “Real Təhlil və İnformasiya Mərkəzi” MMC-yə məxsusdur.
“Real Təhlil İnformasiya Mərkəzi” MMC 22 fevral 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 21 ünvanında yerləşir. “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin qanuni təmsilçisi Mirşahin Mirdilavər oğlu Ağayevdir. Yeniavaz.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol