Sosial şəbəkədə biz:

Otellərdə qalanların 44%-i Azərbaycan vətəndaşları olub – Rəsmi

Bu ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilən gecələmələrin sayı ötən illin eyni dövrü ilə müqayisədə 41,9% artaraq 779,4 min olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, gecələmələrin 433,4 mini və ya 55,6%-i əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, 346 mini və ya 44,4%-i isə Azərbaycan vətəndaşlarının payına düşüb.
Qeyd edək ki, gecələmələrin ümumi sayının 64,7%-i Bakıda, 9,3%-i Qusarda, 4%-i Naftalanda, 3,9%-i Qubada, 3,6%-i Şabranda, 3%-i Qəbələdə, 1,8%-i Lənkəranda, 1,1%-i Gəncədə, 1%-i Naxçıvanda və 7,6%-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol