Sosial şəbəkədə biz:

"Emin və Eynulla” nazirlik binasının fasadını 3 dəfə yuyacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Emin və Eynulla” MMC (VÖEN-1800971911) olub.
Yeniavaz.com xəbər verir ki, "Emin və Eynulla” MMC nazirliyin aparatının inzibati binasının fasad örtüyünü il ərzində 3 dəfə yuyacaq və qarşılığında 12 min 961 manat 83 qəpik alacaq. 
Məlumat üçün bildirək ki, "Emin və Eynulla” MMC 13.02.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Albalı stansiyası, ev 11, m. 33-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yoldaşov Emin Eynulla oğludur.
Onu da qeyd edək ki, "Emin və Eynulla” MMC-nin hazırda dövlət büdcəsinə 3 min 702 manat 86 qəpik vergi borcu var.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol