Sosial şəbəkədə biz:

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN - 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilələrin ümumi dəyəri 3 milyon 390 min manat olub.
Elm və Təhsil Nazirliyi “Yeni dərslik və metodik vəsaitlərin hazırlanması” üçün 1 milyon 720 min manat, “Peşə təhsili üzrə dərsliklərin hazırlanması” üçün 1 milyon 60 min manat, “Cambridge University Press” nəşriyyatının 5-ci və 6-cı siniflər üçün “Game Changer” adlı ingilis dili dərsliyi və müəllim vəsaitinin qeyri-müstəsna istifadə hüquqlarının alınması” üçün isə 610 min manat ödəniləcək.
Məlumat üçün bildirək ki, “Edumedia-Azərbaycan” MMC 13 yanvar 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 60 manat olan MMC Nəsimi rayonu, 20 Yanvar, ev 19B, m. 29 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Abasov Orxan Rafiz oğludur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol