Sosial şəbəkədə biz:

“Kapital Bank”ın işçiləri ayda 3 min manat maaş alır

Aktivlərinə görə ölkənin ən böyük bankı olan “Kapital Bank” ASC-nin işçilərinin sayı 1 yanvar 2024-cü il tarixinə olan məlumata görə 5 313 nəfər olub.
Yeniavaz.com xəbər verir ki, ötən il “Kapital Bank”ın əmək haqqı və mükafatlar üzrə xərci 188 milyon 933 min manat olub.
Bu isə o deməkdir ki, “Kapital Bank”da bir işçiyə hesablanan orta əmək haqqı və mükafatların aylıq məbləği 2 min 963 manat təşkil edib.
Məlumat üçün onu da bildirək ki, 2022-ci ildə bu göstərici 2 554 manat olub.
Xəbəri rus dilində oxuyun: Сотрудники “Kapital Bank” получают в месяц 3 тыс. – В 3 раза больше среднемесячной зарплаты
Son bir ildə “Kapital Bank”da işçilərin orta aylı əmək haqqı 16% və ya 409 manat artıb. Bu isə ölkə üzrə qeydə alınan orta aylıq nominal aylıq əmək haqqının artım tempindən daha çox olub. Belə ki, 2023-cü ildə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,2% artaraq 933,8 manat olub.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 265,9 milyon manat olan “Kapital Bank”ın səhmlərinin 99,89%-i “Paşa Holdinq” MMC-yə, 0,1%-i isə digər fiziki şəxslərə aiddir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol