Sosial şəbəkədə biz:

Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: - "Bəsdirin də, biz min dənə məktub yazırıq"


Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə 2018-ci ilin 30 iyun tarixində oğlu Həbib Axundovun adının hallandığı 8 milyonluq dələduzluq işi ilə əlaqədar olduğu iddia edilən “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli məktub barədə yayılan xəbərlərə aydınlıq gətirib.

E.Axundova Pravda.az-a açıqlamasında məktubda yazılanlar barədə bunları deyib: "Bəsdirin də, qurtarın bu işləri. Əşi, nə məktub yazmışam? Mən artıq pensiyaya çıxmışam. Qoyun, oturaq işləyək. Hansı məktubu yazmışam? Hə? Biz min dənə məktub yazırıq. Dəhşət. Off, mənim heç o məktub yadımda deyil. Yazırlar, yazsınlar. Heç nə deməyəcəyəm, nə deyə bilərəm? Onlar hər şey edə bilərlər. Bəlkə, özləri yazıb "qol" çəkiblər?"

Qeyd: Məktubu "Musavat.com" saytı yayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol