HƏMAS İsrailin atəşkəs təklifinə razılıq verib
HƏMAS terror təşkilatı İsraillə ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında aparılan müharibədə atəşkəsə razılıq verib.
Bu barədə təşkilat nümayəndələri "Al Jazeera" telekanalına bildiriblər.
HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə razılıq barədə vasitəçi ölkələri: Misir və Qətəri şəxsən məlumatlandırıb.