Sosial şəbəkədə biz:

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq çıxan qəzet (gündəlik qəzet), jurnal və dövri nəşrlər çap edilib.
 Ötən ilin eyni dövrü ilə müqayisədə həftədə dörd dəfədən az olmayaraq çıxan qəzet, jurnal və dövri nəşrlər həcmi dəyər ifadəsində  48,9 min manat artıb.
Bu ilin ilk 3 ayında həftədə dörd dəfədən az çıxan qəzet (həftəlik qəzet), jurnal və dövri nəşrlərin çapı isə dəyər ifadəsində 396,36 min manat olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 116,3 min manat azalıb.
Məlumat üçün onu da bildirək ki, son illər həftədə dörd dəfədən az çıxan qəzet (həftəlik qəzet), jurnal və dövri nəşrlərin çapı azalmağa başlayıb:
2017-ci ilin yanvar-mart aylarında – 8 061,9 min ədəd
2018-ci ilin yanvar-mart aylarında – 7 942,4 min ədəd
2019-cu ilin yanvar-mart aylarında –  8 380,4 min ədəd
2020-ci ilin yanvar-mart aylarında – 6 643,4 min ədəd
2021-ci ilin yanvar-mart aylarında – 3 387,6 min ədəd
2022-ci ilin yanvar-mart aylarında –  məlumat açıqlanmayıb
2023-cü ilin yanvar-mart aylarında – 512,62 min manat
2024-cü ilin yanvar-mart ayları – 396,36 min manat

Həftədə dörd dəfədən az olmayaraq çıxan qəzet (gündəlik qəzet), jurnal və dövri nəşrlərin çapı isə artmağa başlayıb:
2017-ci ilin yanvar-mart aylarında – 105,1 min ədəd
2018-ci ilin yanvar-mart aylarında – 97,5 min ədəd
2019-cu ilin yanvar-mart aylarında –  37,3 min ədəd
2020-ci ilin yanvar-mart aylarında – 94,6 min ədəd
2021-ci ilin yanvar-mart aylarında – 1 476,2 min ədəd
2022-ci ilin yanvar-mart aylarında –  məlumat açıqlanmayıb
2023-cü ilin yanvar-mart aylarında – 278,48 min manat
2024-cü ilin yanvar-mart ayları – 327,37 min manat

Onu da qeyd edək ki, 2017-21-ci illərdə qəzet və jurnalların çapı ilə bağlı məlumatlar miqdar ifadəsində (ədəd ilə), 2023-24-cü illərdə isə dəyər ifadəsində (manat ilə) göstərilib. 2022-ci ildə isə qəzet və jurnalların çapı ilə bağlı heç bir məlumat açıqlanmayıb. Yeniavaz.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol