Novruz Məmmədov vəzifəsindən azad edildi
Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov vəzifəsindən azad edilib.
Bu barədə Universitetdən məlumat verilib.
Bildirilib ki, o, öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Novruz Məmmədov 2019-cu ildə ADU-nun prorektoru vəzifəsinə təyin olunmuşdu.
Xatırladaq ki, o, uzun illər Prezident Administrasiyasında şöbə müdiri kimi fəaliyyət göstərib, 2018-2019-cu illərdə isə Baş nazir vəzifəsini icra edib.