Sosial şəbəkədə biz:

Aygün Bəylərin yaxınları tiktoker Ləmanı polisə şikayət etdi

08 May 2024, 08:17
Gündəm

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib.

Bakupost.az xəbər verir ki, buna səbəb Ləman Vəliyevanın canlı yayımda xanəndə haqda qeyri-etik ifadə işlətməsi olub.

Tktokerin canlı yayımda dediklərinə reaksiya vern xanəndənin ailəsi instaqram hesabında polisə müraciət ediblər:

"Aygün Bəyləri hansısa tiktoker təhqir edir. Xahiş edirəm, məsələ nəzarətə alınsın".