Sosial şəbəkədə biz:

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

08 May 2024, 08:49
Gündəm

Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi meydana gəlib.

AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Qırğızıstanın sərhəd xidməti məlumat yayıb.

Bildirilir ki, sərhədçilər yerli vaxtla təqribən 12.20-də Qırğızıstanın Batken vilayətinin Ak-Bosoqo kəndi yaxınlığında - sərhəddən 250-300 metr aralıda mal-qara otaran tacikistanlı çobanları görüblər. Xəbərdarlığa baxmayaraq, çobanlar məhəl qoymayıblar, üstəlik, onlardan biri sərhədçilərə doğru atəş açıb.

"Yalnız sərhədçilərin havaya xəbərdarlıq atəşi açmasının ardınca çobanlar Tacikistan ərazisinə qayıdıblar", - məlumatda vurğulanır.