Sosial şəbəkədə biz:

Azərbaycan güləşçisi Paris-2024-ə vəsiqə qazandı - FOTO

10 May 2024, 08:26
Gündəm

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

O, Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində Aleksandrs Jurkansı (Latviya) 10:1, Kristofer Krameri (Almaniya) 10:1, Mixal Trakı (Polşa) isə 5:1 hesabı ilə məğlub edib.

Məmmədov yarımfinalda Razvan Arnaut (Rumıniya) üzərində 8:2 hesabı ilə qalib gələrək Olimpiya lisenziyasını qazanıb.

Beləliklə, Azərbaycan Olimpiadaya 21-ci lisenziyanı əldə edib.