Mariya Stadnik Olimpiadaya vəsiqə qazanıb
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Azinforum.az xəbər verir ki, 35 yaşlı idmançı İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat turnirində lisenziya uğrunda görüşdə italiyalı Emmanuela Liuççi ilə qarşılaşıb. Rəqibinə qalib gələn (10:0) Stadnik "Paris-2024"ə vəsiqə qazanıb.
Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü: Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) də yarışın ilk günündə lisenziya qazanmışdılar.