Sosial şəbəkədə biz:

Bu sığorta şirkətlərinin rəhbərləri cərimələndi

“Atəşgah Həyat” sığorta şirkəti ASC və “Paşa Sığorta” ASC-nin rəhbər şəxsləri Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələniblər.

Bu barədə AMB məlumat yayıb.

Hər iki şəxs barədə ayrı-ayrılıqda yayılan məlumatlarda bildirilir:

“Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə” İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq cərimə edilib”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol