”Ramana qalası” tarixi abidəsi ətrafında acınacaqlı vəziyyət-Dövlət qurumları hara baxır?
Vətəndaş Abbasova Elnurə “Ramana qalası” kimi tanınan və dövlətin mühavizəsi altında olan möhtəşəm tarixi abidə ətrafında baş verən acınacaqlı vəziyyətlə bağlı Azinforum.az İnformasiya Portalına şikayət ünvanlayıb. Xanım bildirib ki, özünün şəxsən gördüyü vəziyyətdən sonra dəhşətə gəlib. Real vəziyyəti əks etdirən videogörüntüləri sosial şəbəkə hesablarımızda paylaşandan sonra izləyicilər yazıb ki, həmin ərazidə turistlərdən pul toplayan xanım heç rəsmi işçi deyil, sadəcə, abidənin yaxınında yaşayan vətəndaşdır. Yaxşı olardı ki, tarixi abidənin mühavizəsi və idarə olunmasına məsuliyyət daşıyan əlaqədar qurumlar bu neqativliyin aradan qaldırılması ilə bağlı hərəkətə keçsinlər. Azinforum.az həmin ərazidən çəkilən və şikayətin əks olunduğu kadrları aşağıdakı videomaterialda təqdim edir: