Sosial şəbəkədə biz:

ANS-in aparıcısına vəzifə verildi - Mətbuat katibi

23 June 2016, 15:16
Gündəm
Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi təyin edilib. MİDA-nın yeni mətbuat xidmətinə Diana Dadaşova başçılıq edəcək. Qeyd edək ki, ANS TV-nin aparıcısı olan, 2015-ci il oktyabrından isə həm də www.anspress.com saytında redaktor vəzifəsində çalışan D.Dadaşova 1988-ci il təvəllüdlüdür. O, 2010-cu ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr, 2013-cü ildə isə "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomları ilə bitirib. ANS TV-də "Hesab vaxtı" verilişində aparıcı vəzifəsində çalışıb. Report.az