27 dərəcə isti
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən "Qafqazinfo"ya daxil olan məlumata görə, havanın temperaturu gecə 10-14, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-85, gündüz 50-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz Mayın 16-17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.