Sosial şəbəkədə biz:

“Premyer Liqada klubların sayında artım olmayacaq” - Rövşən Nəcəf

14 May 2024, 00:14
Gündəm

Yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq.

Bunu AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövşən Nəcəf deyib.

Qurum rəsmisi komanda sayının artırılmamasının səbəbləri barədə danışıb: "Bunun üçün yetərli qədər infrasturktur, idman bazaları olmalı, hakimlər çoxluq təşkil etməlidir. Əsas hədəflərimizdən biri Premyer Liqanın keyfiyyətini artırmaqdır. Lakin gələcək illərdə klub sayının artırılması məsələsinə yenidən baxılacaq".