“Deputatlığa namizədliklə bağlı təklif gəlsə, fikirləşərəm...” – Anar
“Parlament seçkilərində namizədliyimi irəli sürmək fikrim yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib.
“Mənə heç kim deputatlığa namizədliyimi irəli sürməyimlə bağlı təklif etməyib. Təklif gəlsə, onda fikirləşərəm...”, - o bildirib.
Qeyd edək ki, 86 yaşlı Anar Rzayev 33 ildir ki, 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinə sədrlik edir.