Sosial şəbəkədə biz:

Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlanıb - SİYAHI

2023-cü ildə 91 Azərbaycan vətəndaşı sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilib.

Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Hesabata əsasən, onların 38 faizi 35 yaşdan yuxarı, 7 faizi 18-25 yaş arası, 55 faizi isə 25-35 yaş aralığındakı şəxslərdən ibarətdir. Həmçinin 24 nəfərin Bakı, 11 nəfərin Gəncə, 6 nəfərin Tovuz, 5 nəfərin isə Sumqayıt şəhər sakini olduğu müəyyənləşib. Eyni zamanda onlardan 28-i Türkiyə, 28-i Rusiya, 15-i Birləşmiş Ərəb Əmirlikləri, 10-u Bəhreyn, 4-ü Qətər, 3-ü İran, 1-i isə İraqda cinsi istismara məruz qalıb.

Daha 2 nəfər isə sosial şəbəkələr vasitəsilə aldadılaraq ölkə daxilində əmək istismarına cəlb edilib. Qurbanlardan 6-ı 18-25 yaş arası, 50-i 25-35 yaşlarında, 35 nəfəri 35-dən yuxarı yaş həddində, 24-ü paytaxt, 67-i respublikanın digər şəhər və rayonlarının sakini, habelə 74-ü 2016-2022-ci illərdə, 17-i isə 2023-cü ildə istismara məruz qalan şəxslər olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol