Sosial şəbəkədə biz:

Mikayıl İsmayılovu və oğlunu ittiham edən qız saxlanılıb?

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı ittihamlar səsləndirən keçmiş sevgilisi Fidan Abbasova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə Gununsesi.info-ya Fidan Abbasovanın yaxınları bildirib.

Qeyd edək ki, Fidan ötən gün yayılmış müsahibəsində vaxtilə birgə yaşadığı Orxan İsmayılzadədən övladının dünyaya gəldiyini iddia edib. O, O.İsmayılzadənin atalıq hüququ verməməsindən şikayətlənib.

Qadın açıqlamasında müəyyən vədlərlə aldadıldığını əlavə edib. İddiasına əsasən, bu prosesdə vəkili Adəm Məmmədov da iştirak edib.

F.Abbasovanın sözlərinə görə, vəkil vasitəsilə ona saxta barışıq sənədi imzaladıblar və sonda qarşı tərəf öz öhdəliklərinə əməl etməyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol