Sosial şəbəkədə biz:

Binəqədidə çəkildiyi deyilən görüntülər müzakirələrə səbəb olub

Paytaxtın Binəqədi rayonunda çəkildiyi bildirilən və valideynin yağış sularından qorumaq üçün övladını kürəyində aparmasını əks etdirən kadrlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Kadrları “Hamam Times” yayıb.
Kadrlarda yağış sularının insanların və avtomobillərin hərəkət etdiyi yolu tamamilə bağladığı müşahidə olunur. Ata isə məktəbli qızını sözügedən yoldan keçirmək üçün kürəyində daşıyır.
İstifadəçilər yağıntılı havalarda paytaxtın bir çox ərazilərində oxşar mənzərələrin müşahidə olunduğunu, lakin aidiyyəti qurumların bununla bağlı tədbir görmədiyini qeyd ediblər.
Həmin kadrları təqdim edirik:


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol